Bu il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən, tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Bəs neftin qiymətindəki dəyişikliklər manatın məzənnəsinə necə təsir edə bilər?

QHT.az-ın bu sualını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov cavablandırıb. Onun sözlərinə görə, neftin qiymətinin hansı istiqamətdə dəyişməsindən milli valyutamızın məzənnəsi asıllıq hiss edir: “Neft Azərbaycana əsas valyuta daxilolmalarını təmin edən mənbədir. Ölkəmizin qızıl valyuta ehtityatları çoxdur, digər tərəfdən tədiyyə balansında xarici ticarətin böyük rəqəmlərlə ifadə olunan müsbət sanidosu var. Ona görə də neft qiymətlərinin kəskin düşməsi şəraitdə belə yaxın aylarda manatın sabitliyi risk altında qalmamalıdır. Burada şərt kimi Mərkəzi Bankın fəaliyyətinin effektivliyi çıxış edir. Hesab edirəm ki, Mərkəzi Bank ölkədən kapital qaçışının qarşısı effektiv şəkildə almalıdır ki, bu ölkə iqtisadiyyatına öz mənfi təsirlərini göstərməsin. Digər tərəfdən yaxın aylarda neftin qiymətlərində ciddi azalmalar gözlənilmir. Bunlar onu deməyə əsas verir ki, Azərbaycan manatının sabitliyinə Mərkəzi Bankın adekvat siyasəti şərti ilə hər hansı bir ciddi təhlükə hiss olunmur”.

 

Pərvanə Fərhadqızı