Planetdə təxminən 1,25 milyard insan və ya hər beş yetkin insandan biri tütündən istifadə edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bildirdiyinə görə, 2000-ci ildə bu nisbət üçdə bir idi, bu, 20 il ərzində tütün istehlakının azaldığını göstərir.

QHT.az xəbər verir ki, ÜST hesabatında qeyd edildiyi kimi, "tütün sənayesinin tərəqqiyə xələl gətirmək səylərinə baxmayaraq, tütündən istifadə azalır". Təşkilatın son hesablamalarına görə, "dünyada 1,25 milyard yetkin tütün istifadəçisi var". “2022-ci il üçün tendensiyalar qlobal tütündən istifadənin davamlı azalmasına işarə edir ki, dünyada təxminən hər beş yetkin insandan biri tütün istehlak edir ki, bu da 2000-ci ildə üçdə birindən aşağıdır”.

150 ölkədə uğur qazanılıb. Xüsusilə, Braziliyada tütün istehlakı 2010-cu ildən bəri 35% azalıb. "Son illərdə tütünə qarşı mübarizədə yaxşı irəliləyiş əldə olunub, lakin indi özündən razı qalmağın vaxtı deyil" dedi ÜST-nin sağlamlığın təşviqi üzrə direktoru Rüdiger Kreç. Onun sözlərinə görə, tütün sənayesi "saysız-hesabsız həyatlar bahasına qazanc əldə etməyə çalışır" və "sağlamlıq siyasətini manipulyasiya etmək və ölümcül məhsullarını satmaq fürsətindən istifadə edir". Bununla əlaqədar ÜST ölkələri tütünlə və “tütün sənayesinin təsiri” ilə mübarizəni davam etdirməyə çağırır.

Hesabata görə, tütündən istifadə edən əhalinin ən yüksək nisbəti Cənub-Şərqi Asiya regionunda qeydə alınıb - 26,5%. Avropa regionunda vəziyyət o qədər də yaxşı deyil (25,3%). Avropa Regionunda qadınlar arasında tütündən istifadə qlobal orta göstəricidən iki dəfə çoxdur və azalma digər regionlara nisbətən xeyli yavaşdır. Ekspertlərin fikrincə, 2025-ci ilə qədər qlobal tütündən istifadə 2010-cu illə müqayisədə 25% azalacaq. Dünyada yalnız 56 ölkə 30% azalma əldə edəcək. Altı ölkədə “hələ də tütündən istifadə artımı müşahidə olunur”. Bunlar Misir, İndoneziya, İordaniya, Konqo, Moldova və Omandır.

 

Pərvanə Fərhadqızı