Hazırda Brüsseldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunın 2 və 5-ci İşçi Qrupun birgə onlayn iclası keçirilir.
İctimai-siyasi xadim, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov QHT.az –a açıqlamasında bildirib ki, Samir Əliyevlə məruzəçilər sırasındadır: “Samir Əliyev və məndən əvvəl ermənilərin yerli koordinatoru çıxış etməli idi. Amma birdən-birə zoom konfarnsdan yoxa çıxdı. Moderator növbə üzrə sözü Samir Əliyevə və mənə verməli oldu. Biz də iqtisadi, sosial, əmək, məşğulluq və s. mövzular üzrə çıxışlarımızı etdik. Bizdən sonra erməni koordinator konfransa daxil oldu və söz ona veriləndə məlum oldu ki, bu müvəqqəti yoxaçıxma məqsədli imiş. Bizdən sonra çıxış eləyərək və mandatından kənara çıxaraq Azərbaycanın Ermənistana "təcavüzü" haqqında bəyanat verməyə başladı. Mən məcbur olub müdaxilə etməli oldum. Bidirdim ki, işğalçı Ermənistandır və hazırda da Azərbaycanın ərazilərində 12 minlik qoşun saxlayır. Bir milyon insan məcburi köçkündür. Tələb etdim ki, mövzu üzrə çıxış etsinlər”.
Sahib Məmmədov həmçinin bildirib ki, tədbirdə moderator müdaxilə etməli olub. Dəfələrlə belə tədbirlərdə erməni tərəfinin oxşar provokasiyaları ilə üzləşən ictimai-siyasi xadim qeyd edib ki, utanıb-çəkinmədən mövzuya dəxli olmayan saxta və böhtan xarakterli bəyanatlar vermək, çıxışlar etmək onlar üçün adı haldır.
Pərvanə Fərhadqızı












