"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin psixoloqu Samirə İsmayılova ideal kişi mövzusunda QHT.az-a danışıb. O, bildirib ki, "ideal kişi" anlayışı hər kəsin zövqünə və şəxsi prioritetlərinə görə dəyişə bilər. Bununla belə, İsmayılova qadınların arzuladığı xüsusiyyətləri deyil, "əsl kişi"də olmalı vacib müsbət keyfiyyətləri ön plana çıxarıb.
Əsl kişinin əsas xüsusiyyətlərinə dair qeyd olunan başlıqlar aşağıdakılardır:
-
Hədəf: Əsl kişi hədəf sahibi olmalıdır. Hədəfləri olan kişi nə istədiyini və bu hədəfə necə çatacağını bilir. Nə istədiyini bilməyən kişi özünü və başqalarını nə qorumağı, nə də xoşbəxt etməyi bacarır.
-
Cəsarət: Cəsarət bu gün nadir tapılan bir xüsusiyyətdir, lakin çox cazibədar bir xarakterdir. Cəsarətli kişilər ətraflarına əminlik və güvən hissi ötürürlər.
-
Hörmət: Əsl kişi hər zaman hörmət etməyi bacarır. Emosiyalarını idarə edə bilməyən və başqalarına hörmətsiz davranan kişi ailəsi ilə də belə davranacaq.
-
Yardımsevərlik: Yardımsevərlik kişinin mənəvi zənginliyinin bir göstəricisidir və əsl kişinin ayrılmaz bir hissəsidir.
-
Etibarlılıq: Ən vacib xüsusiyyətlərdən biridir. Etibarlı kişi dostları, ailəsi və qadını üçün yüksək dəyərə malikdir, çünki verdiyi sözə əməl edir.
-
Baxımlı olmaq: Sağlamlığına və gigiyenasına diqqət edən kişi, əsl kişi olaraq dəyərləndirilir.
Samirə İsmayılova açıqlamasını adekvat və güclü xarakterli kişilərin cəmiyyət üçün önəmini vurğulamaqla bitirib: "Onların çoxluğu güclü və sağlam nəsillərin formalaşmasında əsas qüvvələrdən biridir."
Pərvanə Fərhadqızı
QHT.az












