Tədqiqatlar göstərir ki, heç vaxt evlənməmiş qadınlar, dul qalmış və ya boşanmış evli qadınlarla müqayisədə optimal yaşa çatmaq ehtimalına iki dəfə daha çox malikdirlər.

QHT.az xəbər verir ki, evli qadınlar isə optimal qocalma baxımından heç evlənməmiş qadınlardan fərqlənmirlər. Optimal qocalma, gündəlik fəaliyyətlərə mane olan fiziki, koqnitiv, əqli və emosional vəziyyətlərin olmaması və yüksək səviyyədə xoşbəxtlik, sağlamlıq ilə müəyyən edilir. Toronto Universitetinin professoru David Burns, evlənmənin kişilər və qadınlar üçün sağlamlıq nəticələrini yaxşılaşdırdığını, lakin heç vaxt evlənməmiş kişilərin daha pis sağlamlıq nəticələrinə malik olduğunu qeyd edir.

 

Pərvanə Fərhadqızı