Pakistanın Bannu şəhərindəki polis idarəsində dekabrın 18-dən bəri davam edən girov böhranı təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatla başa çatıb. Əməliyyatda 33 hücumçu zərərsizləşdirilib, 2 xüsusi təyinatlı əməkdaşı həyatını itirib, ən azı 10 təhlükəsizlik qüvvəsi yaralanıb.
QHT.az xəbər verir ki, dekabrın 18-də 15 silahlı hücumçu Pakistanın Hayber-Paxtunxva əyalətində, Əfqanıstanla sərhədə yaxın ərazidə yerləşən Bannu şəhərində Terrorla Mübarizə Departamentinə (CTD) bağlı polis məntəqəsinə basqın edib. Polis bölməsində təhlükəsizlik qüvvələrini girov götürərək məhbusları sərbəst buraxan hücumçular əməliyyatla zərərsizləşdirilib.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bütün girovların xilas edildiyini, əməliyyatda 33 şübhəlinin zərərsizləşdirildiyini, 2 xüsusi təyinatlının isə həyatını itirdiyini bildirib. Asif həmçinin bildirib ki, əməliyyat zamanı azı 10 təhlükəsizlik qüvvəsi yaralanıb.
Qeyd edək ki, ötən ay atəşkəs başa çatdıqdan sonra TTP Pakistanda hücumlarını artırıb












