Bu gün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində Xocalı rayonunun Xanyurdu kəndinə köçlə bağlı püşkatma keçirildi.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, İctimai Şura sədri olaraq bu mərasimdə iştirak edib:

"Vətəninə dönən keçmiş məcburi köçkünlərin sevinc hissini izləmək çox xoş idi. İctima Şura olaraq püşkatma mərasiminin qanuna müvafiq olaraq şəffav təşkilinə görə Komitə əməkdaşlarına öz təşəkkürümüzü bildiririk".