Tutanxamonun məzarının aşkarlanmasından yüz il sonra araşdırmalar məlum edib ki, Hovard Karter mumiyanı sarkofaqdan çıxarmaq üçün cəsədi hissələrə bölməli olub.
QHT.az xəbər verir ki, qədim qatran mumiyanı tabuta möhkəm yapışdırdığı üçün baş, qollar və ayaqlar oynaq yerlərindən kəsilib və sonra bütöv görünməsi üçün yenidən yapışdırılıb. Bu faktlar “Fironun lənəti” əfsanəsinə marağı yenidən artırsa da, reallıq mistik yox, daha qəddar olub. Arxivlər göstərir ki, zərgərlikləri çıxarmaq üçün alətlər qızdırılıb və bərk qatran içində qalan əşyalar zorla ayrılıb. Sonradan ayrı hissələr parafinlə örtülərək birləşdirilib. Alimlərdən bəziləri bu metodları tənqid etsə də, digərləri həmin dövrdə Karterin başqa seçimi olmadığını bildirirlər.
R.İmanov












