The Washington Post Williamsburg Universitetinin AidData laboratoriyasına istinadən xəbər verir ki, Çin maliyyə institutları 2000–2023-cü illər arasında ABŞ-da texnologiya və infrastruktur layihələri üçün 200 milyard dollardan çox kredit ayırıb.
QHT.az xəbər verir ki, bu vəsaitlə ölkənin demək olar ki, bütün ştatlarında qaz kəmərləri, hava limanları və məlumat mərkəzləri də daxil olmaqla 2500 layihə maliyyələşdirilib.
Kreditlərin yarıdan çoxu — 103 milyard dollar — 2018-ci ildən sonra təqdim olunub. Layihələr arasında Şimali Virciniyadakı dünyanın ən böyük data mərkəzlərindən biri, Kanadadan Nyu-Yorka uzanan yüksək gərginlikli ötürmə xətti və Nyu Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanının terminalları var.
Məlumata görə, Çin bankları Amazon, Halliburton, Tesla, Boeing, Qualcomm və Disney kimi Fortune 500 şirkətlərinə də kredit xətləri açıb. AidData rəhbəri Bradley Parks bildirir ki, Vaşinqton digər ölkələri Çin borc asılılığından xəbərdar etsə də, ABŞ-ın özü Çin dövlət kreditorlarından böyük həcmdə vəsait cəlb edir.
R.İmanov












