Çinin Chang’e-6 missiyasının gətirdiyi Ay torpaq nümunələrində ilk dəfə olaraq kiçik hematit – yəni dəmir oksidi dənələri aşkar edilib.
QHT.az xəbər verir ki, bu tapıntı indiyə qədər Ayda oksidləşmə üçün şərait olmadığı və dəmirin yalnız azaldılmış formada mövcud ola biləcəyi fikrini dəyişir. Alimlər hesab edir ki, bu oksidləşmiş minerallar güclü meteorit zərbələri zamanı troilit və digər sulfidlərin oksigen buraxması nəticəsində əmələ gəlib. Hematit dənələrinin meteoritlərin yaratdığı yüksək temperatur və təzyiq şəraitində formalaşdığı düşünülür. Kəşf həmçinin Ayın bəzi bölgələrində müşahidə olunan izahı çətin maqnit anomaliyalarının mənşəyini açıqlaya bilər.
Bu nəticələr Ay səthinin kimyəvi və geoloji prosesləri haqqında təsəvvürlərimizi yenidən qiymətləndirməyə səbəb olur.
R.İmanov












