Rusiya Müdafiə Nazirliyi bu bölgə ərazisində Ukraynaya məxsus PUA-ların vurulması barədə məlumat verməyib.

QHT.az xəbər verir ki, gecə saatlarında Omsk ətrafında magistral qaz kəmərində güclü partlayış və yanğın baş verib. Hadisə Rostovka kəndi yaxınlığında qeydə alınıb. Yerli sakinlər havada kəskin kimyəvi qoxu hiss olunduğunu bildiriblər. Yanğınsöndürənlər və xüsusi texnika əraziyə cəlb edilib.

Partlayış anı videoya düşüb və görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. İlkin versiyaya görə, qəza kəmərin yeraltı hissəsində baş verib. Vilayətin qubernatoru Vitali Xomenko hadisənin təmir zamanı baş verən nasazlıqla əlaqəli olduğunu və itkilerin olmadığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi bölgə üzərində vurulan PUA-larla bağlı məlumat paylaşmayıb.

Eyni gecə Donetsk vilayətinin işğal altındakı ərazilərində də güclü partlayışlar olub. Pilotsuz uçuş aparatlarının iki əsas istilik elektrik stansiyasını hədəfə alması nəticəsində Donetsk, Makeyevka və İlovaisk daxil olmaqla bir neçə şəhərdə elektrik enerjisi kəsilib. Hücum anlarını əks etdirən videolar yayımlanıb.

 

R.İmanov