Avropanın şimalında “Pia” fırtınası tüğyan edir və hava limanlarında, dəmir yollarında və avtomobil yollarında ləngimələrə səbəb olur.
QHT.az xəbər verir ki, Avropanın bir sıra hava limanları Şimali Avropada tüğyan edən Pia qasırğası səbəbindən bir çox uçuşu ləğv edib. Hollandiyanın ən böyük beynəlxalq hava limanı olan Amsterdamın Schipgol hava limanında güclü Pia qasırğası səbəbindən 320-dən çox reys ləğv edilib və daha 650 reys gecikib.
Fırtına hava limanları ilə yanaşı, Hollandiya dəmir yollarında və avtomobil yollarında da gecikmələrə səbəb olub.
Pərvanə Fərhadqızı












