Bu gün UNEC İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu və Ege Universiteti ilə birlikdə "Regional İnkişaf-Rəqəmsal İqtisadiyyat" mövzusunda 2-ci Beynəlxalq elmi praktik konfrans keçirdi.

QHT.az xəbər verir ki, konfransın məqsədi rəqəmsal iqtisadiyyatın regional inkişafa təsirlərinin aktual məsələləri, problemlərin hərtərəfli təhlili və onların mümkün həlli yollarının geniş müzakirəsinin aparılmasıdır.

Konfransa təqdim olunan xülasə və tam mətnlər İKSAD İnstitutu tərəfindən indeksli toplularda yayımlanacaq. Həmçinin məqalələrin uyğun rəydən keçənləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilən “UNEC-in Elmi Xəbərləri” jurnalında çap ediləcək. Seçilmiş məqalələr SCOPUS və Web of Scince bazalarına daxil olan jurnallara təqdim olunacaq.

 

 

Pərvanə Fərhadqızı