“Bu gün təşkilarçıların dəvəti ilə Bakı Dövlət Universitetində (BDU) "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfransda Fəxri Qonaq kimi iştirak etdim və plenar iclasda salamlama nitqi ilə çıxış etdim”.
QHT.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov bildirib. QHT sədri qeyd edib ki, elmi-praktik konfransların məhz bu formatda təşkili məqsədəuyğundur. Yəni real müzakirə mövzusu müəyyən edilməli və peşəkar yanaşmalara yer verilməlidir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin, Azərbaycan Banklar Assosiasiyası-ABA və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən mötəbər tədbirin plenar iclasında həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev, BDU-nun rektoru Elçin Babayev, Slavyan Universitetinin rektoru Anar Nağıyev, DOST Agentliynin Îdarə Heyətinin Sədri Fərid Məmmədov çıxıṣlar etmiş, ölkədə sosial siyasətin həyata keçirilməsi çərçivəsində əldə olunan nəticələr və inkişaf perspektivləri mūzakirə edilib.
Pərvanə Fərhadqızı












