Azərbaycanda son illər gənclərin beynəlxalq proqramlara çıxışının genişləndirilməsi istiqamətində atılan addımlar və təşkil olunan infosessiyalar bu sahədə müsbət dinamikanın olduğunu göstərir. Bu cür təşəbbüslər gənclərin inkişafına və dünyagörüşünün genişlənməsinə mühüm töhfə verir.
Aynur Zülfüqarova QHT.az-a açıqlamasında bildirib ki, dövlət tərəfindən yaradılan imkanlar əhəmiyyətli olsa da, əsas məsələ gənclərin bu imkanlardan necə yararlanacağını bilməsidir.
Onun sözlərinə görə, bu mərhələdə vətəndaş cəmiyyətinin rolu xüsusi əhəmiyyət daşıyır: “QHT-lər gəncləri daha düzgün istiqamətləndirə, onları məlumatlandıra və motivasiya edə bilirlər”.
Ekspert hesab edir ki, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gücləndirilməlidir. Onun fikrincə, yalnız bu halda gənclər üçün daha əlçatan və effektiv imkanlar yaratmaq mümkün olacaq.
Qeyd edək ki, Aynur Zülfüqarova Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri, pedaqogika üzrə fəlsəfə doktorudur.
Zəhra Ağayeva












