Qida Təhlükəsizliyi Agentliyinin məhsul istehsalı ilə məşğul olan sexlərin bağlanılması ilə bağlı mütəmadi açıqlamalar verir. Və bu istiqamətdə tədbirlər həyata keçirilməsi qida təhlükəsizliyinin təmin olunması baxımından mühüm addım hesab olunur.

Qida Təhlükəsizliyi Agentliyinin istehsal sexlərini yoxlayaraq pozuntu aşkar edilən müəssisələri bağlaması qida təhlükəsizliyinin təmin olunması üçün vacib addımdır. Lakin bu tədbirlərin təkbaşına kifayət etmir. Bu sözləri Qida eksperti Fərid Səfərov QHT.az-a olan açıqlamasında bildirib.

F.Səfərovun sözlərinə görə, “Ciddi gigiyena qaydalarını pozan, saxta və ya keyfiyyətsiz məhsul istehsal edən müəssisələrin fəaliyyəti dərhal dayandırılır və istehlakçılar üçün risk azalır". Ekspert əlavə edib ki, bu cür tədbirlər digər istehsalçılar üçün xəbərdarlıq rolunu oynayır və onları qaydalara əməl etməyə təşviq edir.

Fərid Səfərov bildirib ki, “Yalnız cərimə və bağlanma ilə qida təhlükəsizliyini tam təmin etmək mümkün deyil; müəssisələr bir müddət sonra yenidən fəaliyyətə başlaya və ya başqa ad altında işləyə bilər". Ekspert qeyd edib ki, bazarda qeyri-rəsmi və nəzarətdən kənar fəaliyyət göstərən istehsalçılar da mövcuddur və bu, əlavə tədbirlərin vacibliyini göstərir.

Ekspert vurğulayıb ki, qida təhlükəsizliyinin tam təmin olunması üçün aşağıdakı tədbirlər də həyata keçirilməlidir: müntəzəm və sistemli yoxlamalar, maarifləndirmə işləri, izlənəbilənlik sistemlərinin tətbiqi, cərimələrin sərtləşdirilməsi və istehlakçıların diqqətli olması.

F.Səfərov bildirib ki, sexlərin bağlanması vacib nəzarət mexanizmidir, amma qida təhlükəsizliyinin qorunması yalnız kompleks yanaşma ilə mümkündür.

O sonda qeyd edib: "Sağlam qidalanaraq sağlam yaşamaq hər kəsin məsuliyyətindədir".

Fatimə Nəbiyeva