Alyaskada “Halong” qasırğası dağıntılara səbəb olub, üç nəfər itkin düşüb.

QHT.az xəbər verir ki, Dövlət İctimai Təhlükəsizlik Departamentinin məlumatına görə, “Halong” qasırğası Alyaskanın qərb sahillərini vuraraq evləri dağıdıb və ən azı üç nəfərin itkin düşməsinə səbəb olub. Kuigillingok və Kipnuk icmalarında güclü külək və daşqın nəticəsində səkkiz ev özüldən uçub. Departamentin sözçüsü Ceremi Zidek bildirib ki, insanların çoxu xilas edilib, xəsarət və ölüm halı qeydə alınmayıb.

Meteoroloqlar qasırğanın trayektoriyasını qeyri-adi adlandırır — Halong gözlənilənin əksinə olaraq şimala deyil, şərqə doğru hərəkət edib. Küləyin sürəti bəzi yerlərdə saniyədə 44 metrə çatıb. Qasırğanın Beaufort dənizinə doğru hərəkət edərək zəifləyəcəyi gözlənilir.

 

R.İmanov