Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında vurğulayıb ki, davamlı məhsullardan istifadə, bütün resurslardan səmərəli yararlanmaq və tullantıların yaranma səbəblərini nəzarətdə saxlamaq qida tullantılarının idarə edilməsində əsas amillərdəndir.

QHT sədri qeyd edib ki, qida tullantılarının idarə edilməsi istixana qazlarının təsirini azaltmaqla yanaşı, iaşə əməliyyatlarında ərzaq xərclərinə 3%-8% arasında qənaət imkanı yaradır.

"Biz qida maddələrinin təkrar emalına imkan verən biotexnoloji prosesləri mənimsəməklə və iqlimə uyğun kənd təsərrüfatı yanaşmalarını tətbiq etməklə daha dayanıqlı kənd təsərrüfatı və qida sistemləri yaratmalıyıq.Biz yalnız ehtiyacımız olanı alıb istehlak etməli, artıqlığı təkrar emal etmək üçün yeni yollar axtarmalı və bu cür təşəbbüsləri dəstəkləməliyik.".

 

Pərvanə Fərhadqızı