Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, qida tullantıları kompost, bioqaz və heyvan yemi də daxil olmaqla müxtəlif üsullarla təkrar emal edilə bilər.

QHT sədri əlavə edib ki, bu proseslər tullantıları azaltmaqla yanaşı, ətraf mühitin çirklənməsinin qarşısını alır və torpağı yaxşılaşdıran gübrə, enerji mənbələri və ya yem kimi qiymətli məhsullar verir:

"Evdə mətbəx qırıntılarından sirkə hazırlamaq və ya qalıqları müxtəlif reseptlərə çevirmək mümkündür. Ən mühüm mərhələ isə yeməli qidaların israfının azaldılmasıdır".

İradə Həsənova evdə qida tullantılarının təkrar emalı üçün bir sıra tövsiyələr verib:

  • Soyulmuş tərəvəz qabığı turşulara dad vermək və sirkə hazırlamaq üçün istifadə edilə bilər.

  • Limon qabıqları qabyuyan maşına qoyularaq qoxusuz və parlaq qablar əldə edilə bilər.

  • Qalan düyü plovu şorba və ya salat üçün istifadə edilə bilər.

  • Saralmış göyərtilər (cəfəri, nanə) qaynadılıb içilə bilər.

Bu üsullar həm evdə tullantıların miqdarını azaldır, həm də müəyyən miqdarda evin büdcəsinə dəstək olur.

Ardı var...

 

Pərvanə Fərhadqızı