15 iyul 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə əməkdaşlığı çərçivəsində “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının (CEDAW) həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş Tədqiqat və İnkişaf ” İctimai Birliyinin sədri Günel Səfərova “BMT-nin CEDAW Konvensiyasından irəli gələn tövsiyələrin həyata keçirilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının layihələrinin dəstəklənməsi” mövzusu üzrə çıxış edərək, qrant müsabiqələrinə təqdim edilən layihələr barədə məlumat verib və gender məsələlərini əhatə edən layihələrin daha da təlim və tədbirlər ilə məhdudlaşdığını, araşdırmalara çox az yer ayrıldığını, eyni zamanda təşkil edilən təlimlərdə auditoriyanın hər dəfə eyni olmasından məyusluğunu ifadə edib.
O eyni zamanda erkən nikahlarla mübarizə istiqamətində keçirilən tədbirlərin daha çox valideynlərə istiqamətlənməsi, onların iştirakının təmin edilməsini vacibliyini vurğulayıb. G. Səfərova qeyri-hökumət təşkilatlarının əməkdaşlıqla bağlı koalisiyasının yaradılmasına, təşkilatlararası əlaqələrin gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib.












