Gənclərlə iş üzrə Menecerlərin İnkişaf Proqramı layihəsi çərçivəsində yerli Donorlarla görüş keçirilib. 

QHT.az xəbər verir ki, görüşdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi üzrə meneceri Nigar Ağakişiyeva iştirak edib.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən panel görüşündə spikerlər tərəfindən “Qrant müsabiqələrinə müraciət zamanı gənclər təşkilatlarının qarşılaşdığı çətinliklər” mövzusunda müzakirələr aparılmış və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılıb.