Gürcüstanda yaşayan ruslar müxalifət lideri Aleksey Navalnının ölümünə cavab olaraq İsveçrənin Tbilisidəki səfirliyi nəzdində “Rusiya maraqları” bölməsinə etiraz aksiyası keçiriblər.

QHT.az xəbər xəbər verir ki, bugünkü mitinq son illərdə keçmiş Rusiya səfirliyi yaxınlığında keçirilən aksiyalardan ən böyüklərindən biri adlandırıla bilər. İştirakçılar bir neçə saat ərzində sosial media vasitəsilə toplantını təşkil ediblər. Onlarla insan Navalnının fotolarını və “Putin qatildir” yazılan plakatları maraq bölməsinə gətirib.

Əvvəlcə aksiya səssiz etiraz olaraq elan edilsə də, bir müddət sonra toplaşanlar “Navalnı”, “Ukraynaya sülh, Rusiyaya azadlıq”, “Təslim olmayın”, “Putin cəza kamerasında” və s. . Batumidə də etiraz aksiyası keçirilir, ruslar Əlifba qülləsinə toplaşıb. Uzun müddət Rusiya prezidenti Vladimir Putinin ən mühüm siyasi rəqibi hesab edilən Aleksey Navalnı fevralın 16-da həbsxanada vəfat edib.

47 yaşlı Navalnı Yamalda ciddi rejimli koloniyada saxlanılıb. İddialara görə, gəzintidən sonra özünü pis hiss edib, huşunu itirib və sonradan onu həyata qaytarmaq mümkün olmayıb.

 

Pərvanə Fərhadqızı