Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda “Xarı Bülbül” adlı yeni qeyri-hökumət təşkilatı yaradılıb.

QHT.az AZƏRTAC -a istinadən xəbər verir ki, yeni təşkilat ictimaiyyətə Marneulidə təqdim olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, siyasətçilər, din xadimləri, jurnalistlər, QHT təmsilçiləri iştirak ediblər.

Yeni QHT-nin həmtəsisçiləri Həmzə Quliyev və Rizvan Yusubov çıxış edərək təşkilatın fəaliyyət istiqamətlərindən, gələcək planlarından danışıblar. Bildirilib ki, təşkilatın əsas məqsədi fiziki məhdudiyyətli vətəndaşların problemlərinin həll etmək və onların ictimaiyyətə inteqrasiyasına yardım göstərməkdir.

Digər çıxış edənlər belə QHT-lərin yaradılmasının vacibliyini qeyd edib, təşkilata uğurlar arzulayıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi