Noyabrın 21-də TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Yeni Klinika Tibb Mərkəzində DÜNYA HEMOFİLİYA FEDERASİYASININ HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİNƏ DAİR TƏLİMATLARIN 3-cü nəşrinin təqdimatı olub.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. QHT sədri qeyd edib ki, nəşr Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Dünya Hemofiliya Federasiyası tərəfindən rəsmi icazə almış və aparıcı mütəxəssislərlə birgə tərcümə və redaktə edilib. Təqdimat zamanı "Hemofiliya və digər qanın laxtalanma pozğunluğunun müasir müalicəsi" nə dair seminarın keçirildiyini də vurğulayıb: “Seminarda Bakı şəhərindən və regionlardan hematoloqlar, terapevtlər, təcili yardım həkimləri və digər ixtisaslı həkimlər qatılıb. Seminar TƏBİB-in məsul əməkdaşı Romella Osmanovanın aparıcılığı ilə başlayıb və açılışında Yeni Klinika Tibb Mərkəzinin direktoru Dr. Barat Yusubov təqdim edilən Hemofiliyanın müasir müalicəyə dair yeni nəşrin vacibliyini qeyd edib. Sonra mən 2023-cü il ərzində Assosiasiyanın dövlət səhiyyə qurumları ilə birgə fəaliyyətindən və əldə edilən nəticələr barədə ətraflı məlumat verdim. Yeni klinikanın hematoloqu Dr. Sevil Cəlilova 12 Fəsildən ibarət nəşr haqqında həkimlərə ətraflı məlumat verib. Respublika Klinik Xəstəxanasının hematoloqu Dr. Mina Adıgözəlova Hemofiliyanın simptomatikası və müalicəsi haqqında çıxış edib. Qeyd edilib ki, İcbari Tibbi Sığortanın xidmətlər zərfinə əlavələr edilib və vətəndaşlara olan tibbi xidmət ildən ilə təkmilləşdirilir”.

 

Pərvanə Fərhadqızı