Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən ölkənin şimalında uşaqlar arasında yayıldığı bildirilən "diaqnoz qoyulmamış pnevmoniya halları" ilə bağlı əlavə məlumat istəyib.
QHT.az xəbər verir ki, ölkənin bəzi yerlərində uşaq xəstəxanaları xəstə uşaqlarla dolub-daşır. Çin səlahiyyətliləri bu qış qripə bənzər xəstəliklərin artmasını Covid tədbirlərinin aradan qaldırılması ilə əlaqələndirirlər.
ÜST Çini yoluxmanı azaltmaq üçün tədbirlər görməyə çağırır. Birləşmiş Millətlər Təşkilatının (BMT) ÜST verdiyi açıqlamada, "Şimali Çində uşaqlarda diaqnoz qoyulmamış sətəlcəm halları" haqqında mediada, eləcə də qlobal epidemiyaya nəzarət sistemi olan ProMed-də daha çox məlumat əldə etmək istədiyini söylədi.
Pərvanə Fərhadqızı












