Bu gün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov QHT.az platformasının qonağı olub.
QHT.az xəbər verir ki, görüş zamanı səhiyyə istiqamətli vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti müzakirə edilib. Tərəflər QHT.az platforması ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası arasında əməkdaşlığın inkişafı, informasiya dəstəyi göstərilməsi və sağlamlıq sahəsində birgə maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi barədə razılığa gəliblər.












