“2013-cü ildən etibarən təşklatın nəzdində sığınacaq fəaliyyət göstərir. Hər ay 45- 50 qadın və uşaq sığınacağın fəaliyyətindən bəhrələnir. Qaynar xidməti vasitəsilə hər ay 60- dan çox çətin vəziyətə düşmüş vətəndaşlara hüquqi məsləhətlər verilir, sosial xidmətlərə istiqamətləndirilir. Ehtiyacları qiymətləndirilir uyğun xidmətlərə və aidiyyatı qurumlara istiqamətləndirilirlər”.

Bu sözləri “Təmas” Regional İnkişaf İctimai Birliyinin icraçı direktoru Kübra Ələkbərova QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, təşkilat Gəncə şəhər İcra Hakimiyyəti yanında Genderəsaslı zorakılıq və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun üzvüdür, yerli dövlət, hüquq- mühafizə orqanları və vətəndaş cəmiyyəti qurumları ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, İctimai Birlik 12 aprel 2008-ci ildə təsis edilib. 3 sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi olaraq 06 fevral 2014-cü ilk tarixli 11/34-463 saylı akkreditasiya attestatı ilə təmin olunub. QHT-nin nəzdində 2013-cü ildən Beynəlxalq Miqrasiya Təşkilatının texniki dəstəyi ilə yaradılmış “İnsan alveri və məişət zorakılığı qurbanları üçün yardım mərkəzi” və sığınacaq  fəaliyyət göstərir.

 

Pərvanə Fərhadqızı