Bu gün gözəl bir insanın, ictimai xadim, fizika-riyaziyyat üzrə fəsəfə doktoru QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərovun doğum günüdür.

QHT.az xəbər verir ki, o, 23 iyun 1957-ci ildə Gədəbəy rayonu Samanlıq kəndində anadan olmuşdur. 1997-ci ildən "Ümid-98" Humanitar və Sosial Dayaq Mərkəzinin (sonradan adı "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi) icraçı direktorudur. Cənab İsgəndərov tərəfindən idarə olunan "Ümid" SİD İsgəndərovun Qafqazda baş verən inkişaf və dəyişikliklər barədə aydın şəkildə məlumatlanmaq imkanı qazanmağına və regional QHT-lər ilə yaxın əlaqələri olmağına şərait yaradan CRİNGO- nun (Qaçqın və məcburi köçkünlərlə işləyən QHT- lərin Qafqaz Şəbəkəsi) maliyyə agenti olmuşdur. Bundan əlavə, 2011–2018-ci il müddətində Azərbaycan Turizm İnstitutunda (hazırki adı Azərbaycan Turizm və Menecment Universiteti) Menecment və Marketinq kafedrasının, 2013–2018-ci illərdə isə "Menecment" kafedrasının rəhbəri kimi çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərancamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.

QHT.az Vətəndaş Cəmiyyəti Şəbəkəsi adından İsrayıl müəllimi təbrik edir və ona uzun illər boyu firavanlıq, elmi, sosial və şəxsi həyatında daha böyük uğurlar arzulayırıq.

 

Pərvanə Fərhadqızı