Bu gün 72 peşə təhsil müəssisəsindən 13500-ə yaxın tələbə məzun olub.
Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində də “Məzun Günü” keçirilib. Bu barədə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi Naridə Zülfüqarova QHT.az-a bildirib.
“Məzun” adını qazanan bütün tələbələrimizi səmimi qəlbdən təbrik edir və işlərində müvəffəqiyyətlər arzulayırıq.
Qeyd edək ki, 22 iyul tarixində Mərkəzdə 26 iyun-Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr edilmiş “Narkomaniyaya yox deyək!” adlı tədbir də keçirilmişdir. Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutmuşdu.
Pərvanə Fərhadqızı












