“Sənətşünaslıq üzrə fəlsəfə doktoru diplomu uzun illər televiziya sahəsində praktik fəaliyyətimin elmi müstəvidə təhlilinin nəticəsidir”.- bu sözləri azərbaycanlı televiziya aparıcısı, redaktor, rejissor Fəxriyyə Lilpar İsayeva QHT.az-a açıqlamasında bildirib.
Telejurnalist qeyd edib ki, bu məsuliyyət və işin çətinliyi ona gələcək fəaliyyətində daha diqqətli olmağa sövq edəcək: “Dəyərli müəllimlərimə, bu yolda öz mənəvi dəstəklərini əsirgəməyən dəyərli insanlara və Ali Attestasiya Komissiyasının sədri Famil müəllimə sonsuz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, jurnalist 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində müəllif, aparıcı, redaktor vəzfələrində çalışıb. Bir sira bədii-publisistik verilişlərin, o cümlədən ədəbi-bədii verilişlərin yaradıcısı və aparıcısı olub. İctimai Televiziyada “Ovqat” verilişinin aparıcısı olub. TRT-nin “Türkiyənin səsi” radiosunda aparıcı kimi çalışıb. O cümlədən İctimai Radioda uzun illər “Yeni gün”, Radioalmanax”, “Həmişə istirahətdə”, eyni zamanda qadın proqramının və bədii-əyləncəli verilişlərin müəllif və aparıcısı olub. 2013-cü ildə Azad Azərbaycan Tele-Radio Şirkətinin 106.3 Fm-də, 2015-ci ildən Lider Televiziyasında aparıcı olub. İTV və ATV-nin istehsalı olan bir sıra filmlərdə cəkilb.
QHT.az Vətəndaş Cəmiyyəti Şəbəkəsi adından Fəxriyyə xanımı təbrik edir və ona uzun illər boyu firavanlıq, elmi və şəxsi həyatında daha böyük uğurlar arzulayırıq!
Pərvanə Fərhadqızı












