23- 24 iyun 2023- cü il tarixində "Sağlamlığa Xidmət" İctimai Birliyinin sədr müavini, həkim- koordinatoru, layihə rəhbəri Samirə Muxtarova İmişli rayon Mərkəzi Xəstəxananın Vərəm kabinetində, Bərdə RMX-nin Poliklinika Şöbəsinin Ftiziatrik kabinetində və Göyçay RMX- nin Ağciyər Xəstəlikləri Şöbəsində monitorinq superviziya səfərində olub.
QHT.az xəbər verir ki, superviziya səfəri zamanı, cəzaçəkmə müəssisəsindən azad olmuş keçmiş məhkum vərəm xəstələrinin müalicəsinin aparılmasına dair sənədlərə baxış keçirilib, pasientlərin 1 aylıq vərəm əleyhinə dərmanları tibb müəssisəsinə təhvil verilib, müalicə müddətində pasientləri narahat edən problemlər dinlənilib və məsləhətlər verilib.
Həmçinin müalicə sxeminə uyğun olaraq bəlğəm nümunələri götürülərək, müayinə olunması üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin laboratoriyasına çatdırılıb.












