“İqlim dəyişikliyinə milli uyğunlaşma planına dəstək” layihəsi çərçivəsində üç günlük seminar keçirilib. Seminar iqlim dəyişikliyinin özəl və dövlət investisiyalarına fiskal təsirlərinin qiymətləndirilməsinə yönəlirdi. Hökumət, elm və vətəndaş cəmiyyətindən maraqlı tərəfləri bir araya gətirən seminarın məqsədi iştirakçıların potensialını artırmaq olub.

QHT.az xəbər verir ki, BMTİP-nin iqlim maliyyəsi üzrə mütəxəssisi Cennifer Jadinin rəhbərliyi ilə sözügedən iştirakçılar prioritet sektorlar üzrə iqlim təsirləri, iqlim maliyyələşdirməsinin əsasları və iqlimə uyğun dövlət sərmayəsi strategiyaları mövzularını nəzərdən keçirib, həmçinin müxtəlif ölkələrdə iqlim maliyyələşdirilməsi alətlərinin istifadə olunduğu real nümunələri araşdırıblar.

Seminarın sonunda iştirakçı qruplar araşdırmalarının nəticələrini təqdim edib və Azərbaycanda bu alətlərin potensial tətbiqlərini müzakirə ediblər.