Bu gün keçirilən hərracda rekord məbləğdə dollar satılıb. Bankların bu günki sifarişi 151.1 milyon dollar olub. Bütövlükdə, bu ayın ilk 13 günündə keçirilən hərraclarda 370.9 milyon dollar satılıb.

QHT.az xəbər verir ki, bu baradə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. Ekspert bildirib ki, valyuta dəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir: “Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən Azərbaycan valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil”.

 

 

Pərvanə Fərhadqızı