QHT.az xəbər verir ki, iqtisadçı-ekspert Aslan Əzimzadə regionların iqtisadi potensialının artırılmasının mənzil bazarına da təsir göstərə biləcəyini bildirib.
Onun sözlərinə görə, vəsaiti olan şəxslərin müxtəlif regionlarda rentabelli sahələrə, yeni fabrik və zavodların yaradılmasına investisiya yatırması, əhalinin Bakıya axınının azalmasına gətirib çıxara bilər. Bu isə paytaxtda mənzilə olan tələbatın azalmasına və nəticə etibarilə qiymətlərin enməsi tendensiyasının formalaşmasına səbəb ola bilər:
"Burada əsas məsələ daxili investisiyaların stimullaşdırılmasıdır. Məhz bu faktor uzunmüddətli məşğulluğun dayanıqlı inkişafına müsbət təsir göstərə və regional iqtisadi tarazlığın güclənməsinə şərait yarada bilər".
Pərvanə Fərhadqızı












