İranın şimalındakı Gilan əyalətinin Lengerud şəhərinin Kelid Bar mahalında yerli vaxtla saat 05.55 radələrində narkoloji reabilitasiya mərkəzində qaz sobası səbəbindən yanğın baş verib.
QHT.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər və tibb qrupları göndərilib. İlkin məlumatlara görə, yanğın nəticəsində azı 32 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Yanğınla bağlı başladılan istintaq çərçivəsində Narkoloji Reabilitasiya Mərkəzinin direktorunun nəzarətə götürüldüyü açıqlanıb.
Hadisə yerinə baxış keçirən Gilan əyalətinin baş prokuroru Sadik Niyarki həyatını itirənlərdən bəzilərinin şəxsiyyətinin hələlik müəyyən edilmədiyini bildirib.
Pərvanə Fərhadqızı












