Rusiya prezidenti Vladimir Putin müsəlman din xadimləri ilə görüşündə Rusiya Müsəlmanları Ruhani Assambleyasının sədri müfti Əlbir Kurqanovun “Salamualeykum” sözlərinə “Əleykumsəlam” deyərək cavab verib.

QHT.az xəbər verir ki, Rusiya müsəlmanlarının vəziyyəti, eləcə də Yaxın Şərqdəki hadisələrin müzakirə edildiyi toplantıda Vladimir Putinin cavabı zaldakı iştirakçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Çıxışında Fələstin-İsrail münaqişəsində mülki fələstinlilərin dəydiyi zərərdən bəhs edən Putin, “Orada (Qəzzada) baş verən dəhşətlərə uyğun bir qığılcım yandırmaq asandır. Əzab çəkən, qan içində olan uşaqlara baxanda yumruqlarını sıxırsan, gözlərin yaşla dolur. İstənilən normal insan buna belə reaksiya verər. Əgər belə reaksiya vermirsə, deməli, ürəyi yoxdur. "Onların daş ürəyi var" dedi.

 

Pərvanə Fərhadqızı