ABŞ-ın Nyu-York şəhərində bir ay davam edən dinləmələr nəticəsində dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan FTX-in qurucusu Sem Bankman-Frid ona qarşı elektron fırıldaqçılıq, qiymətli kağızlarla fırıldaqçılıq və çirkli pulların yuyulması da daxil olmaqla yeddi ittihamla mühakimə olunub.

QHT.az xəbər verir ki, münsiflər heyəti dörd saatdan çox davam edən məhkəmə prosesindən sonra Bankmen-Fridi təqsirli bilinib. 2022-ci ilin dekabrında yaşadığı və FTX-nin mərkəzi olduğu Baham adalarında həbs edilən Bankman-Fried Birləşmiş Ştatlara ekstradisiyaya razılaşdıqdan sonra 250 milyon dollar girov qarşılığında Kaliforniyadakı ailəsinin evində ev dustaqlığına buraxıldı. 

31 yaşlı Bankman- Fried-in uzun müddətə həbs cəzası alacağı gözlənildiyi halda, qərarın mart ayında açıqlanacağı bildirilib. Kriptovalyuta birjası FTX 2022-ci ilin noyabrında iflas etdi və şirkətin baş direktoru Sam Bankman-Fried -in istefa verdiyi açıqlandı.

 

Pərvanə Fərhadqızı