BMT Təhlükəsizlik Şurası İrandakı vəziyyətlə bağlı təcili iclas keçirə bilər. Bu, regionda ciddi siqnal kimi qiymətləndirilir. 2024-cü ildə Azərbaycan-İran ticarət dövriyyəsi 647 milyon dollara çatıb, lakin idxal üstünlük təşkil edir. 2025-ci ilin ilk 10 ayında 510 milyon dollarlıq ticarətin 502 milyonu İrandan idxal olub, yalnız 8 milyon dollar Azərbaycan məhsulu İrana ixrac edilib. Nəticədə, Azərbaycan ilə İran arasında mənfi ticarət saldosu yaranıb. İrandan idxal olunan əsas məhsullar ərzaqdan çox sənaye və tikinti materiallarıdır.
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ərzaq məhsulları arasında portağal, badımcan, kərə yağı, soğan, kartof və pendir əsas yer tutur. İdxalda ərzaq məhsullarının payı azdır, buna görə diversifikasiya vacibdir:
"İranla ticarətdə çətinlik yaranarsa, Azərbaycan istehlak bazarına təsiri məhdud olacaq. Regiondakı hadisələr idxalın şaxələndirilməsini və asılılığın azaldılmasını prioritet edir".












