İspaniyaya rekord 97 milyon turist gələcək.
QHT.az xəbər verir ki, İspaniyanın turizm naziri Jordi Hereu bildirib ki, 2025-ci ildə ölkəyə rekord sayda 97 milyon xarici turist səfər edəcək. Turist xərcləri isə 135 milyard avroya çatacaq. Ziyarətçilərin əksəriyyəti avropalılardır, xüsusən Böyük Britaniya, Almaniya və Fransadan gələnlər üstünlük təşkil edir.
Turizm İspaniya iqtisadiyyatının təxminən 13%-ni təşkil edir və ölkə Avropada iqtisadi artımı ilə diqqət çəkir. Lakin minlərlə yerli sakin artan turizm səbəbindən məhəllələrinin, xüsusən Barselona, Andalusiya və Kanar-Balear adalarında dəyişdiyini bildirərək narazılıq göstərir.












