Alimlər qlobal istiləşmə kontekstində Antarktidanın coğrafiyası haqqında ətraflı məlumatın vacib olduğunu bildirirlər.

QHT.az xəbər verir ki, Alimlər peyk məlumatları və buz hərəkətinin fizikasından istifadə edərək Antarktidanın qalın buz təbəqəsinin altında gizlənən dağlar, vadilər, düzənliklər və su hövzələrini xəritələşdiriblər. Yeni metod buzun səthindəki incə deformasiyaları analiz etməklə buzlaqaltı landşaftın “rentgen” görüntüsünü yaratmağa imkan verib. Tədqiqat zamanı yüzlərlə kilometr uzanan gizli xəndəklər və qədim çay sistemləri aşkarlanıb.

Mütəxəssislər bildirir ki, bu kəşflər Antarktidanın gələcəkdə necə əriyəcəyini və dəniz səviyyəsinin qalxmasına təsirini daha dəqiq proqnozlaşdırmağa kömək edəcək. Alimlər vurğulayır ki, yeni xəritə birbaşa foto deyil, lakin iqlim modelləri üçün mühüm elmi əsasdır.

 

R.İmanov