İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyevin təşkilatçılığı ilə 24 yanvar 2026-cı il tarixində şərikli biznesdə investisiya layihələrinin yazılması və investorlarla danışıqların aparılmasına həsr olunmuş praktiki treyninq keçiriləcək.

QHT.az xəbər verir ki, təlim sahibkarlar, biznesə yeni başlayanlar, ortaqlı biznes qurmaq istəyənlər, layihəsinə investisiya cəlb etməyi planlaşdıranlar, həmçinin qrant və müsabiqələrə müraciət edənlər üçün nəzərdə tutulub. Treyninq zamanı investorların maraq dairəsi, onlarla danışıqların aparılması, investorların tapılması yolları, ortaqlıq layihəsinin hazırlanması, idarəetmə modelləri, maliyyə planlaması və layihələrin qiymətləndirilməsi kimi mövzular müzakirə olunacaq.

Təlimçi ortaqlı biznes üzrə ekspert, “Şərikli Biznes” kitabının müəllifi, iqtisad elmləri doktoru Ruslan Atakişiyev olacaq. Tədbir 24 yanvar 2026-cı il tarixində, saat 10:30-da Yasamal rayonunda (İnşaatçılar metrosu yaxınlığı) keçiriləcək və 3 saat davam edəcək. İştirak haqqı 50 AZN-dir və buraya çay-kofe fasiləsi, tədris materialları və sertifikat daxildir.

Qeydiyyat və əlavə məlumat üçün əlaqə vasitələri təqdim olunub.