İş Elanı/BVET

 

Xidmət: Bərdə Peşə Liseyinə uğur hekayəsinin bölüşməsi üçün qonaq spikerin tapılması, dəvət olunması və iştirakının təmin olunması

Ərazi: Bərdə 

Müraciət üçün son tarix:  08.01.2021

Müqavilə növü: Xidməti müqavilə

Müqavilənin vaxtı:  Yanvar-Avqust 2021

 

Haqqında

«Yerli İdarəetməyə Yardım» İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə Peşə liseyinin modernləşdirilməsi`` layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyində peşə təhsili və təliminin modernləşdirilməsidir. Layihə Azərbaycan hökuməti tərəfindən elan olunmuş iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi inkişafı və peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması kimi prioritet məqsədlərini dəstəkləyir və “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının Dəstəyi” texniki dəstək proqramına tamamlayıcı rol oynayır. 

 

YİY layihənin icrasında AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Estoniyanın əsas peşə məktəblərindən biri olan Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilə yaxından əməkdaşlıq edir. 

 

Layihənin əsas təsiri 

Bərdə və ətraf rayonlarda (Ağdam, Tər-tər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabət və bazar bacarıqları aşılayan modernləşdirilmiş peşə məktəbinin qurulması olacaqdır. Layihənin xüsusi vəzifələri aşağıdakılardan ibarətdir:

• BPL-in institusional və idarəetmə sisteminin yaradılması 

• Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq

• BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək 

• BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək

• Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək 

• BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması 

 

Layihə BPL-in modernləşdirilməsinə vahid yanaşma prinsipini əsas alır. Buraya idarəetmədə təkmilləşmə, müəllim və təlimçi ustaların bilik və bacarıqlarının artırılması, yeni kurrikulumun hazırlanması, emalatxana və sinif otaqlarının yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi və icmada BPL-in yaxşı imicinin formalaşdırılması aiddir. Layihə bütün maraqlı tərəflərin, xüsusilə özəl sektorun, dövlət qurumlarının və yerli icmanın cəlb olunmasını təşviq edir. 

 

Layihə oxşar fəaliyyətlərin uğurla həyata keçirilməsində tətbiq olunan yaxşı təcrübədən istifadə etmək üçün yerli və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verir. Bu məqsədilə Estoniyada uğurlu fəaliyyət göstərən peşə məktəbini (JKHK) nümunə məktəb kimi layihəyə cəlb edir. JKHK BPL-də peşə təhsilinin modernləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı öz təcrübəsini və biznes modelini həmkardan-həmkara öyrənmə, mübadilə səfəri, məsləhət xidmətləri vasitəsilə BPL ilə paylaşacaq.

 

Layihənin mühüm komponentlərindən biri Bərdə Peşə Liseyinin davamlı fəaliyyəti üçün maliyyə qaynaqlarının müəyyənləşdirilməsi və səfərbər edilməsi, maliyyə planlaşması, əlavə maliyyə vəsaitlərinin əldə edilməsi (xüsusilə də özəl sektordan) və maliyyənin səmərəli şəkildə idarə edilməsi kimi vacib məsələlər üzrə liseyinin təcrübəsini inkişaf etdirməkdən ibarətdir.

 

İşin təsviri

Təchizatçı Layihə çərçivəsində Bərdə Peşə Liseyinə qonaq spikerin tapılması, dəvət olunması və iştirakının təmin olunması xidmətlərini həyata keçirəcəkdir

 

Vəzifə və öhdəliklər

 Layihə çərçivəsində uğur hekayəsinin bölüşməsi üçün 10 qonaq spikerin tapılması, dəvət olunması və iştirakının təmin olunması

 

Tələb olunan təhsil, təcrübə və bacarıq

 Müvafiq sahə üzrə ən azı 3 il təcrübə 

 Ünsiyyət qurma və kommunikasiya bacarığı

 

Göstərilən tələblərə uyğun gələn şəxslər CV-lərini [email protected] elektron ünvanına “qonaq spikerin dəvəti” başlığı altında göndərməsi xahiş olunur. Seçilmiş namizədlər müsahibəyə dəvət ediləcək.