TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT MƏKTUBU
Bütün tender iştirakçılarına 13 Yanvar 2021
Kimdən: «Yerli İdarəetməyə Yardım» İctimai Birliyi
Layihə adı: “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi”
Layihə nömrəsi: ENİ/2017/387-267
Donor: Avropa İttifaqı
Tenderin adı: Kənd təsərrüfatı sahəsində innovasiyalar mövzusunda Təlimçilər üçün Təlimin hazırlanması və keçirilməsi
Hörmətli tender iştirakçısı,
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində Kənd təsərrüfatı sahəsində innovasiyalar mövzusunda Təlimçilər üçün Təlimin hazırlanması və keçirilməsi xidmətlərini satın almaq niyyətindədir. Bununla əlaqədar olaraq Sizi əlavədə qeyd olunan Texniki Tapşırığa dair təklifinizi verməyə dəvət edirik.
Qiymət təklifi imzalanmış və möhürlənmiş qaydada qapalı zərfdə 27 yanvar 2020-ci il, saat 18:00-dək Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 20/79 ünvanına VƏ YA e-mail ([email protected]) vasitəsilə təqdim olunmalıdır. E-mail vasitəsilə daxil olmuş və seçiləcək təkliflər mütləq imzalanmış və möhürlənmiş qaydada qapalı zərfdə təqdim edilməlidir. Təklif iki zərfdən ibarət olmalıdır.
Birinci zərfdə Texniki Təklif öz əksini tapmalıdı və aşağıdakı sənədləri əhatə etməlidir:
1) Konsepsiya sənədi (məznuna yanaşma, metodologiya, hazırlanacaq materiallar üzrə əsas məlumatlar, göstəricilər)
2) İddiaçının CV-si, oxşar təcrübə/portfolio
3) VÖEN və bank rekvizitləri
4) Əlaqə məlumatları
İkinci zərfə qanunvericiliklə nəzərdə tutulmuş vergi və digər xərclər nəzərə alınmaqla Qiymət Təklifi daxil edilməlidir.
Hər iki zərfin üzərində ayrı ayrılıqda aydın şəkildə adları göstərilməlidir.
Qiymətləndirmə ballarının 70%-i təklifin texniki göstəricilərini və 30%-i isə maliyyə əsaslandırılmasını əhatə edir. Qiymətləndirmə Əlavə I. Texniki Tapşırığa daxil edilmiş Qiymətləndirmə Cədvəli əsasında aparılacaq və namizədlərin topladıqları balların sıralamasına görə birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılacaq. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.
Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı (şirkət və ya mütəxəssis) ilə əlaqə saxlanacaqdır. Qalib seçilməyən iştirakçılara tenderin nəticələri haqqqında cavab göndərilməyəcəkdir.
Əlavələr:
Əlavə 1. Texniki tapşırıq - TOR
Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 23 Aprel 2020-ci ilədək elektron poçt vasitəsilə Vüsal Mirzəyevə ([email protected]) müraciət edə bilərsiniz. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır.
Tel: (99412) 490 24 19 (994 50) 369 91 17 | E-mail: [email protected] | Website: www.lga.az












