İş Elanı/BVET

 

Vəzifə: Təlim/Kouç Mütəxəssisi 

Ərazi: Bakı və Bərdə 

Müraciət üçün son tarix:  17.02.2021

Müqavilə növü: Xidmət müqaviləsi

Müqavilənin vaxtı: 60 iş günü 

 

Haqqında

«Yerli İdarəetməyə Yardım» İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə Peşə liseyinin modernləşdirilməsi`` layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyində peşə təhsili və təliminin modernləşdirilməsidir. Layihə Azərbaycan hökuməti tərəfindən elan olunmuş iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi inkişafı və peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması kimi prioritet məqsədlərini dəstəkləyir və “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının Dəstəyi” texniki dəstək proqramına tamamlayıcı rol oynayır. 

 

YİY layihənin icrasında AR Təhsil İnstitutu, AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Estoniyanın əsas peşə məktəblərindən biri olan Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilə yaxından əməkdaşlıq edir. 

 

Layihənin əsas təsiri 

Bərdə və ətraf rayonlarda (Ağdam, Tər-tər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabət və bazar bacarıqları aşılayan modernləşdirilmiş peşə məktəbinin qurulması olacaqdır. Layihənin xüsusi vəzifələri aşağıdakılardan ibarətdir:

• BPL-in institusional və idarəetmə sisteminin yaradılması 

• Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq

• BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək 

• BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək

• Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək 

• BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması 

 

Layihə BPL-in modernləşdirilməsinə vahid yanaşma prinsipini əsas alır. Buraya idarəetmədə təkmilləşmə, müəllim və təlimçi ustaların bilik və bacarıqlarının artırılması, yeni kurrikulumun hazırlanması, emalatxana və sinif otaqlarının yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi və icmada BPL-in yaxşı imicinin formalaşdırılması aiddir. Layihə bütün maraqlı tərəflərin, xüsusilə özəl sektorun, dövlət qurumlarının və yerli icmanın cəlb olunmasını təşviq edir. 

Layihə oxşar fəaliyyətlərin uğurla həyata keçirilməsində tətbiq olunan yaxşı təcrübədən istifadə etmək üçün yerli və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verir. Bu məqsədilə Estoniyada uğurlu fəaliyyət göstərən peşə məktəbini (JKHK) nümunə məktəb kimi layihəyə cəlb edir. JKHK BPL-də peşə təhsilinin modernləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı öz təcrübəsini və biznes modelini həmkardan-həmkara öyrənmə, mübadilə səfəri, məsləhət xidmətləri vasitəsilə BPL ilə paylaşacaq.

 

Layihənin diqqət yetirdiyi həssas məsələlərdən biri BPL-in müəllim və təlimatçıları arasında davamlı öyrənmə prosesinin dəstəklənməsidir. Bu məqsədlə layihə çərçivəsində təcrübə mübadiləsi, həmkardan həmkara öyrənmə, mentorluq, kouçinq bacarıqlarının inkişafı kimi proqramları vasitəsilə müəllim/usta heyətinin peşəkarığının artırılması, xüsusilə onların təlim bacarıqlarının inkişafında BPL-in təcrübəsinin inkişaf etdirilməsi nəzərdə tutulur. 

 

İşin təsviri

Təlim Mütəxəssisi BPLM layihəsi çərçivəsində müəllim/usta heyətinin təlim bacarıqlarının inkişafı üzrə  strategiyanın həyata keçirilməsi, xüsusilə yeni kurikulumla bağlı bilik və bacarıqların “həmkardan həmkara” ötürülməsi üzrə metodiki-texniki dəstək göstərmək və müsbət təcrübələri tətbiq etməklə Bərdə Peşə Liseyində davamlı öyrənmə təcrübəsinin inkişaf etdirilməsinə cavabdehdir. Təlim keçmiş müəllim kouçerlər sonrakı dövr ərzində öz həmkarlarına təlimlər, eləcə də bilik və təcrübə mübadiləsi vasitəsi ilə yeni kurikulumların tətbiq edilməsi, modulların effektiv tədris edilməsi, dərslərin innovativ metodlarla təşkil edilməsi və s. istiqamətlərdə zəruri dəstək göstərəcəklər. 

Vəzifə və öhdəliklər

 BPL müəllim/usta heyətinin təlim bacarıqlarının qiymətləndirilməsi və ehtiyacların müəyyənləşdirilməsi;

 ``Texniki peşə təhsili müəllim və təlimatçıları üçün təlimçilik metodları`` adlı vəsaitin hazırlanması 

 BPL müəllim/usta heyəti arasından seçilmiş 6 nəfərdən ibarət təlimçi komandasının peşəkar təlim bararıqlarının inkişaf etdirilməsi üzrə 3 günlük Təlimçilər üçün Təlim kursunun keçirilməsi;

 Kouçinq/təlim proqramında iştirak edəcək müəllimlər üçün qrup işləri, özünü təhlil və fərdi tapşırıqlar hazırlamaq;

 Özünü-qiymətləndirmə və digər alətlərdən istifadə etməklə təlim/kouçinq proqramının nəticələrini qiymətləndirmək və müvafiq halda iştirakçılara görüləcək fəaliyyətlər ilə bağlı tövsiyələr vermək;

 Kouçinq/təlim proqramının iştirakçıları üçün nəticə və müddətləri özündə ehtiva edən şəxsi fəaliyyət planını hazırlanmasına dəstək göstərmək;

 Fəaliyyətlərin icra müddətində kouçinq/təlim proqramının iştirakçılarına əyani və virtual qaydada texniki dəstək göstərmək və zəruri məsləhətlər vermək;

 BPL-dən və digər yerli və xarici peşə məktəblərindən olan təlimçilərin iştirakı ilə ``həmkardan həmkara`` layihələrinin hazırlanması və həyata keçirilməsinə dəstək vermək; 

 BPL müəllim/usta heyəti arasında “həmkardan həmkara” öyrənmə fəaliyyətlərinə üzbəüz və virtual məsləhətlər yolu ilə dəstək vermək;

 Təlimçi müəllimlərin peşəkar təhsil qurumları (AR Təhsil İnstitutu, Peşə Təhsili üzrə Dövlət Agentliyi və s.) tərəfindən təşkil olunacaq münasib peşəkar inkişaf sessiyalarına cəlb edilməsini təşkil etmək;

 Təlimçilər üçün təlim, ``həmkardan həmkara`` layihələrinin nəticələri və təsirlərini göstərən məlumatların toplanması, qiymətləndirilməsi və layihə rəhbərliyinə müvafiq vaxtaşırı hesabatları hazırlamaq.

Tələb olunan təhsil, təcrübə və bacarıq

 Təhsil, pedaqogika, insan resursları idarəetməsi və ya digər əlaqəli sahələrdə ali təhsil;

 Təlim bacarıqları və digər pedaqoji yönümlü fəaliyyət sahələrində 5 illik iş təcrübəsi; 

 Təlim proqramların tərtib edilməsi, icrası və qiymətləndiriməsi sahəsində bacarıqlar; 

 Sosial bacarıqlar (təqdimat, ünsiyyət, komandada işləmək və danışıqların aparılması üzrə);

 Word, Excel, PowerPoint proqramlarında işləmək bacarığı;

 Layihə fəaliyyətlərinin icrası üçün regionlara səfərlər etmək imkanı;

 Azərbaycan dili - mükəmməl; İngilis dili - işgüzar səviyyə; Rus dili - işgüzar səviyyə. 

 

Göstərilən tələblərə uyğun gələn şəxslər CV-lərini [email protected] elektron ünvanına “Təlim/Kouç Mütəxəssisi” başlığı altında göndərməsi xahiş olunur. Seçilmiş namizədlərlər müsahibəyə dəvət ediləcək.