“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin rəsmi qeydiyyatdan keçməsinin 20 ili tamam olub. Təşkilatın sədri Vüsalə Hüseynli yubiley münasibətilə çıxış edərək qurumun indiyədək gördüyü işlərdən söz açıb:

"Bu gün təşkilatımızın rəsmi qeydiyyatdan keçməsinin 20 ili tamam olur. 20 ildə xeyli sayda fəaliyyət həyata keçirmişik. Təşkilatımız bir neçə beynəlxalq təşkilata üzv qəbul edilib. Fəaliyyətimiz dövründə həmişə dövlət maraqları öndə gəlib və bu belə də davam edəcək. Hər şey Azərbaycanın uğurları, inkişafı üçündür. Bu fəaliyyətdə az da olsa töhfəmiz olubsa, nə gözəl."

Qeyd edək ki, təşkilat ötən müddət ərzində müxtəlif sosial layihələr həyata keçirib, qadınların cəmiyyətdə fəallığının artırılması, innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətində mühüm işlər görüb.

 

Pərvanə Fərhadqızı