Ötən gün Azərbaycan mətbuatının tanınmış nümayəndələrindən biri – Sənan Nəcəfovun 50 illik yubileyi münasibətilə tədbir keçirildi. Yubiley mərasimində ailə üzvləri, yaxın dostları, həmkarları və media ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
QHT.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının adından Ümid Mirzəyev yubilyarı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Mətbuat Şurasının Diplomunu təqdim edib.












