QHT.az platformasının rəhbəri Cəsarət Hüseynzadə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin rəsmi qeydiyyatdan keçməsinin 20 illiyi münasibətilə rəhbəri İradə Rizazadəni səmimi qəlbdən təbrik edib:
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin 20 illik yubileyi münasibətilə Sizi və təşkilatın üzvlərini səmimi qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə həyata keçirilən fəaliyyətlər Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və sosial rifahın təmin edilməsinə böyük töhfə vermişdir. Xüsusilə də, Qərbi Azərbaycan mövzusu ilə bağlı fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr beynəlxalq arenada da diqqətlə izlənir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm xidmət edir.
Təşkilatınızın qaçqın və məcburi köçkünlərə, əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə göstərdiyi dəstək, onların sosial-hüquqi problemlərinin həlli üçün gördüyünüz işlər vətəndaş cəmiyyətində örnək nümunədir.
Əminəm ki, gələcəkdə də Sizin rəhbərliyinizlə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi daha böyük uğurlara imza atacaq, dövlətimizin və cəmiyyətimizin inkişafına yeni töhfələr verəcək.
Sizə möhkəm can sağlığı, uğurlar və gələcək fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayıram!"












