İsrail Ordusu bu gecə Livanla sərhəd bölgəsində fosforlu sursat da daxil olmaqla bir neçə yeri bombalayıb. Yaralılar Tir şəhərindəki xəstəxanalara aparılıb.
QHT.az xəbər verir ki, Livan və İsrail arasındakı beynəlxalq sərhədi müəyyən edən Mavi Xətt xəttinə bitişik bir neçə kənd və ərazi gecə ərzində uzun müddətli bombardmanlara məruz qalıb.
Yaşayış evlərini hədəf alan bomba partlayışları nəticəsində Tire şəhərində xəstəxanalara çatdırılan qurbanlar olub. Beynəlxalq insan haqları qeyri-hökumət təşkilatı Human Rights Watch İsrail Müdafiə Qüvvələrinin Qəzza və Livandakı əməliyyatlarında beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu sursatlardan istifadə etdiyini təsdiqləyib.
Pərvanə Fərhadqızı












