İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.

 

O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:

 

“Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.