"Mələk" Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin sədri Ləman Rəfiyeva QHT.az-a müsahibə verib. QHT sədrinin təşkilatın fəaliyyəti, missiyası, məqsədi, nəaliyyəti ilə bağlı müsahibəsini diqqətinizə çatdırırıq.
QHT.az: Mövcud fəaliyyətləriniz nələrdən ibarətdir, hansı sahələrdə fəaliyyət göstərirsiniz?
Ləman Rəfiyeva: Mən psixoloq- loqopedəm. Sağlamlıq imkanları məhdud uşaqlarnan və normal uşaqlarnan işləyirəm. Eyni zamanda bu ixtisas üzrə təhsil alan tələbələrin ixtisasçı olaraq yetişmələrinə təlimlər və kurslar verməklə köməklik göstərirəm.
QHT.az: Təşkilatınızın missiyası, məqsədləri, nailiyyətləri haqqında danışa bilərsiniz?
Ləman Rəfiyeva: Əlbəttə, istər sağlam istər sağlam olmayan uşaqlara dəstək vermək bizim məqsədimizdir. Birlik məqsədlərinə çatmaq üçün yardıma ehtiyacı olan uşaqların sosial problemləri ilə bağlı araşdırmalar aparmaq, onların sosial fəallığının artırılmasına dəstək üzrə layihələr hazırlayıb, bu sahədə ölkədə həyata keçirilən proqlamlara dəstək vermək, cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların liderlik qabiliyyətlərini dəstəkləmək, inkişafına şərait yaratmaq kimi vəzifələri həyata keçirir.
QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz, istiqamətlər və məqsədlər nələrdən ibarətdir?
Ləman Rəfiyeva: Müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, diskusiyalar, müzakirələr, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirməyi planlaşdırırıq. Həmçinin animasiya filmi nümayiş, uşaqlara və onların valideynlərinə psixaloji yardımlar, konsititusiyaya və qanunverici aktlara qadağan edilməmiş müxtəlif mədəni kütləvi tədbirlər, peşə-təhsil yönümlü təlimlər təşkil edəcəyik.
Pərvanə Fərhadqızı












